SOCAR əməkdaşları üçün seminar-təlim keçirilib

SOCAR əməkdaşları üçün seminar-təlim keçirilib Təlim İnsan Resursları üzrə biznes tərəfdaş və ya heyətin idarə edilməsinin yeni nəsli” mövzusunda olub
Energetika
1 Dekabr , 2016 19:52
SOCAR əməkdaşları üçün seminar-təlim keçirilib

Bakı. 1 dekabr. REPORT.AZ/ SOCAR-ın müəssisə rəhbərləri və İnsan resurslarının idarə edilməsi sahəsində çalışan rəhbər və mütəxəssis heyəti üçün şirkətin Baş ofisində İngiltərədən dəvət olunmuş İRİE sahəsində beynəlxalq aparıcı təlimçi, konsultant, eləcə də SHELL, BMW, SONY, COCA-COLA, Adidas, Nike və s. kimi dünya şöhrətli şirkətlərdə iş təcrübəsinə malik, bir sıra elmi nəşrlərin müəllifi olan Dr. Tony Miller tərəfindən “İnsan Resursları üzrə biznes tərəfdaş (İRBT) və ya heyətin idarə edilməsinin yeni nəsli” mövzusunda təlim-seminar təşkil edilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təlim zamanı iştirakçılara son zamanlar şirkətlərdə İnsan Resurslarının İdarə Edilməsinin strateji əhəmiyyətinin artması, strateji tərəfdaş kimi biznesin inkişafına verdiyi maddi dəyər, İRBT modeli çərçivəsində işçilərin fəaliyyətinin qiymətləndirilməsi metodları və s. mövzular barədə geniş məlumat verilib, bu modelin şirkətlərdə uğurlu tətbiqinə dair real misallar göstərilib. İnteraktiv şəkildə təşkil olunmuş təlimdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, suallar təlimçi tərəfindən praktiki misallarla cavablandırılıb. 

Sonda seminar-təlimdə iştirak edən SOCAR əməkdaşlarına müvafiq sertifikatlar təqdim edilib.                   

Son xəbərlər

Orphus sistemi