SOCAR dənizdə yeni quyu istismara verib

SOCAR dənizdə yeni quyu istismara verib SOCAR "Neft Daşları" dəniz yatağında yeni quyu istismara verib
Energetika
28 Oktyabr , 2014 12:27
SOCAR dənizdə yeni quyu istismara verib
Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti  (SOCAR) "Neft Daşları" dəniz yatağında yeni quyu istismara verib.

Şirkətdən "Report"a verilən məlumata görə, 2 601 saylı quyu "Neft Daşları" Neft-Qaz İdarəsinin sifarişi ilə 2 585 saylı dəniz özülündən qazılıb. 

Quyu 2 223 metr dərinlikdə qazılıb. Hazırda quyuda sutkalıq hasilat 25 ton neft təşkil edir. 

Qeyd edək ki, "Neft Daşları" yatağı 1949-cu ildən işlənilir. Yatağın geoloji ehtiyatları 365 mln.ton həcmində qiymətləndirilir ki, bunun da 182 mln. tondan çoxu hasil oluna bilən ehtiyatlardır.

Son xəbərlər

Orphus sistemi