Yuxarı
    Bağlamaq

    SOCAR dizel yanacağının istehsalını azaldıb

    Cari ilin 8 ayında SOCAR 1,532 mln. ton həcmində dizel yanacağı istehsal edib

    Bakı. 18 sentyabr. REPORT.AZ / Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin yanvar-avqust aylarında 1,532 mln. ton həcmində dizel yanacağı istehsal edib. "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. 

    Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə dizel yanacağının istehsalı 9,3% azalıb. Neft emalı müəssisələrinin anbarlarında bu ilin sentyabrın 1-nə 77,3 min ton satılmamış məhsul qalıb. 

    Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 2,495 mln. ton dizel yanacağı istehsal olunub və bu, 2012-ci ilin yekun göstəricisindən 5,3% çoxdur. 

    Bütün məhsul Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi