SOCAR dənizdəki yataqlarında neftvermə əmsalını artırmağı planlaşdırır

SOCAR dənizdəki yataqlarında neftvermə əmsalını artırmağı planlaşdırır Bakı. 30 may. REPORT.AZ/ Azərbayan Dövlət Neft Şirkəti (SOCAR) Dayazsulu Günəşli və Neft daşları yataqlarında neftvermə əmsalını artırmağı planlaşdırır.
Energetika
30 May , 2018 17:20
SOCAR dənizdəki yataqlarında neftvermə əmsalını artırmağı planlaşdırır
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ Azərbayan Dövlət Neft Şirkəti (SOCAR) "Dayazsulu Günəşli" və "Neft daşları" yataqlarında neftvermə əmsalını artırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” konfransında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov məlumat verib.

O qeyd edib ki, hazırda "Dayazsulu Günəşli" yatağında neftvermə əmsalı 0,47, "Neft daşları" yatağında isə 0,45 təşkil edir: "İstismar müddətində "Dayazsulu Günəşli" yatağında neftvermə əmsalının 0,56-ya, "Neft daşları"nda isə 0,50-yə çatdırılması gözlənilir".

Son xəbərlər

Orphus sistemi