SOCAR dənizdə daha bir quyunu təmirdən sonra istismara verib

SOCAR dənizdə daha bir quyunu təmirdən sonra istismara verib Quyuda istismar işlərini “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ həyata keçirir
Energetika
27 Yanvar , 2016 13:08
SOCAR dənizdə daha bir quyunu təmirdən sonra istismara verib

Bakı. 27 yanvar. REPORT.AZ/ “Səngəçal-dəniz - Duvannı-dəniz - Xərə - Zirə adası” yataqlar blokundakı qəzalı vəziyyətdə olan 282 nömrəli estakadayanı meydançada təmir-bərpa işləri başa çatdırılıb.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, meydançadakı fəaliyyətsiz fondda olan 202 nömrəli quyu aparılmış əsaslı təmir işlərindən sonra istismara verilib.

Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul verib, 2 772-2 622 metr intervaldan gündəlik 26 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi