SOCAR: “Dəniz mədənləri daxili enerji sistemləri hesabına neft və qaz hasilatını normal vəziyyətdə davam etdirib”

SOCAR: “Dəniz mədənləri daxili enerji sistemləri hesabına neft və qaz hasilatını normal vəziyyətdə davam etdirib”
Energetika
79
3 İyul , 2018 10:50
SOCAR: “Dəniz mədənləri daxili enerji sistemləri hesabına neft və qaz hasilatını normal vəziyyətdə davam etdirib”
Report
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ “Respublikanın energetika sistemində yaranmış çətinliklərlə əlaqədar olaraq SOCAR-ın quru mədənlərində iş rejimi müvəqqəti olaraq pozulub".

Bu barədə “Report”a SOCAR-dan bildirilib.

Məlumata görə, şirkətin dəniz mədənləri ("Neft daşları”, "28 May” NQÇİ, N. Nərimanov adına NQÇİ-nin "Bulla” yatağı) öz daxili enerji sistemləri hesabına neft və qaz hasilatını normal vəziyyətdə davam etdirib.

Qeyd olunub ki, "Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” yataqlarının platformaları və Səngəçal Terminalı normal iş rejimi ilə qazın və neftin nəqlini davam etdirir: "Yaranmış çətinliklərə baxmayaraq, Azərbaycanın qaz-nəql sistemində problemlər yaranmayıb".

Şirkətdən qeyd olunub ki, "Azərenerji” ASC-nin İES-nin yenidən işə buraxılmasında qaz təminatının həyata keçirilməsi üçün heç bir problem yoxdur.