Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı il ərzində 7,521 mln. ton xam neft hasil edib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, bu göstərici 2015-ci illə müqayisədə 7,8% azdır.
Hesabat ilində SOCAR-ın hasil etdiyi xam neftin 585,9 min tonu dekabrın payına düşüb ki, bu həcm də 2015-ci ilin müvafiq ayı ilə müqayisədə 1,4% çoxdur.