SOCAR daha bir sahədə seysmik-kəşfiyyat işlərini başa çatdırıb

SOCAR daha bir sahədə seysmik-kəşfiyyat işlərini başa çatdırıb Hazırda məlumatlar emal və interpretasiya olunur
Energetika
15 Yanvar , 2015 18:12
SOCAR daha bir sahədə seysmik-kəşfiyyat işlərini başa çatdırıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında Geofizika və Geologiya İdarəsinin "Kəşfiyyatgeofizika" İstehsalat Bölümü "Ceylaxtarma-Nardaranaxtarma" sahəsində geoloji quruluşunun dəqiqləşdirilməsi, karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, eləcə də zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədilə tədqiqat işləri aparıb. 

"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Ceylaxtarma-Nardaranaxtarma" sahəsində 167,3 km həcmində 2D seysmik, 165,3 km həcmində qravimetrik və 169,7 km həcmində maqnotometrik aparılıb. Hazırda məlumatlar emal və interpretasiya olunur.

Qeyd edək ki, "Şamaxı-Qobustan" neftli-qazlı rayonunda yerləşən "Ceylaxtarma-Nardaranaxtarma" sahəsində əldə ediləcək yeni məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq.

Son xəbərlər

Orphus sistemi