SOCAR-da UNDP-nin rezidentinin nümayəndəsi ilə görüş keçirilib

SOCAR-da UNDP-nin rezidentinin nümayəndəsi ilə görüş keçirilib Aşağı təzyiqli səmt qazlarının azaldılması üzrə yeni layihə təklifi hazırlanacaq
Energetika
26 Yanvar , 2017 12:48
SOCAR-da UNDP-nin rezidentinin nümayəndəsi ilə görüş keçirilib

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadə ilə BMT İnkişaf Proqramının (UNDP) rezidentinin nümayəndəsi Alessandro Frakasetti arasında görüş keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, görüşdə 26 fevral 2015-ci il tarixindən etibarən birgə həyata keçirililən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsinin bütün komponentləri üzrə məlumat verilib və hazırda layihə üzrə görülən işlərin icra vəziyyəti haqqında müzakirələr aparılıb. Görüşdə istehsalat zərurəti nəzərə alınaraq, Tullantı Mərkəzində sözügedən layihə çərçivəsində quraşdırılan alternativ enerji mənbələrinin gücünün artırılması təklif olunub. Bununla yanaşı, gələcəkdə BMT-nin Azərbaycan Nümayəndəliyinin vasitəsilə Beynəlxalq İqlim Fondundan (GCF) qrant cəlb edilməsi məqsədilə aşağı təzyiqli səmt qazlarının azaldılması üzrə yeni layihə təklifinin hazırlanması barədə razılığa gəlinib. 

Rəhbər komitənin növbəti görüşünün cari ilin fevral ayında keçirilməsi razılaşdırılıb.

Son xəbərlər

Orphus sistemi