SOCAR-da Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

SOCAR-da Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib “Fəlakətlərə qarşı mübarizədə mülki müdafiənin rolu” mövzusunda maarifləndirici video-çarx nümayiş etdirilib
Energetika
2713
1 Mart , 2017 19:35
SOCAR-da Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

Bakı.1 mart REPORT.AZ/ "SOCAR Tower"də Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar Baş ofisin, şirkətin struktur bölmələrinin, Fövqəladə Hallar Nazirliyi nümayəndələrinin iştirakı ilə “Fəlakətlərə qarşı mübarizədə mülki müdafiənin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan SOCAR-ın Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəis müavini Rəfail Məmmədov əhalinin mühafizəsinin təşkili, fövqəladə hallar zamanı əhalinin hazırlığının təmin edilməsi kimi məsələlərin mülki müdafiə orqanları qarşısında duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb, fövqəladə hallar zamanı davranış qaydalarının, mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnmənin əhəmiyyətini vurğulayıb. Tədbirdə 1 Mart - Beynəlxalq Mülki Müdafiə gününün yaranma tarixindən bəhs olunub, təbii fəlakətlər və texnogen qəzaların təsnifatı, istehsalat qəzalarının qarşısının alınması üzrə tədbirlərin görülməsi, işçilərin təhlükəsizliyinin təmin edilməsində və maddi itkilərin qarşısının alınmasında mülki müdafiə tədbirlərinin əhəmiyyəti, personalın mülki müdafiəyə hazırlığı barədə söz açılıb. Sonra Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sahəsində həyata keçirdiyi işlər və “Fəlakətlərə qarşı mübarizədə mülki müdafiənin rolu” mövzusunda maarifləndirici video-çarx nümayiş etdirilib.

Tədbirin sonunda inzibati binanın foyesində Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən Nazirliyin mülki müdafiə üzrə fərdi mühafizə vasitələri və kimyəvi nəzarət cihazları nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi