Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (
SOCAR-ın idarə və müəssisələrində keçirilən tədbirlərdə bu günün əhəmiyyəti qeyd olunub, sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması, habelə işçilərin əmək prosesində təhlükəsizlik qaydalarına düzgün əməl etməsiylə bağlı müvafiq təlimatlandırma işləri aparılır.
“Azneft” İstehsalat Birliyində keçirilmiş tədbirdə baş direktorun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov çıxış edib. O, bu il Ümumdünya Əməyin Mühafizəsi Günü “Əməyin mühafizəsində önləyici tədbirlər mədəniyyətini birgə yüksəldək” devizi altında keçirildiyini deyib.
“Azəriqaz” İstehsalat Birliyində keçirilmiş yığıncaqda Birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ruslan Əliyev, Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov, şöbə rəisləri, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Yığıncağı giriş sözü ilə açan R.Əliyev əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsiz iş mühitinin yaradılması, maarifləndirmə və təlimatlandırma tədbirləri, sağlamlığın qorunması məqsədi ilə işçilərin tibbi sığorta edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada vaxtaşırı olaraq iş yerlərinin attestasiya olunması, həmçinin əmək qanunvericiliyində nəzərdə tutulmuş digər tələblərə layiqincə əməl edilməsi əməyin mühafizəsi sahəsində Birlik tərəfindən həyata keçirilən genişmiqyaslı işlərdən olduğunu deyib. Sonda əməyin mühafizəsi sahəsində yüksək nəaliyyətlər qazanaraq fərqlənmiş işçilərə mükafat və Fəxri fərmanlar verilib.
Çıxışlarda zavodun bütün işçi personalı “PAŞA Sığorta” ASC ilə bağlanılmış müqaviləyə əsasən Könüllü Tibbi Sığorta və “PAŞA Həyat Sığorta” ASC ilə bağlanmış müqaviləyə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” olunduğu deyilib.
Ekologiya İdarəsinin istehsalat sahələrində 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününün keçirilməsi ilə əlaqədar “Əməyin mühafizəsi sahəsində profilaktika mədəniyyətini birgə yüksəldək” devizi altında aprelin 8-24-də seminarlar keçirilib. Seminarlar “Təhlükəsiz əmək şəraiti”, “Fərdi mühafizə vasitələrindən istifadə”, “Təhlükəli vəziyyət və təhlükəli hərəkət”, ”Peşə xəstəliklərini yaranmasında zərərli amillər”, “Bədbəxt hadisələrin uçotu”, “Sanitariya və gigiyena qaydaları” mövzularında maarifləndirici təqdimat formasında aparılıb.