​SOCAR-da "Təhlükəsiz iş aylığı" mövzusunda seminarlar keçirilib

​SOCAR-da "Təhlükəsiz iş aylığı" mövzusunda seminarlar keçirilib Seminarlarda maarifləndirici təqdimatlar keçirilib
Energetika
28 Sentyabr , 2015 18:36
​SOCAR-da Təhlükəsiz iş aylığı mövzusunda seminarlar keçirilib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsinin istehsalat sahələrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən elan olunmuş “Təhlükəsiz iş aylığı” ilə əlaqədar sentyabrın 7-22-də seminarlar keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, İdarənin bütün istehsalat sahələrini əhatə etmiş seminarlarda “Təhlükəsiz əmək şəraiti”, “Fərdi mühafizə vasitələrindən istifadə”, “Təhlükəli vəziyyət və təhlükəli hərəkət”, “İş yerlərində STƏMM-lə tanışlıq” mövzularında maarifləndirici təqdimatlar keçirilib.

Seminarlarda işçi personala Konstitusiya, Əmək Məcəlləsi, Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 57 konvensiya haqqında ətraflı məlumat verilib. Bildirilib ki, hələ 2014-cü ilin sentyabrında Dövlət Əmək Müfəttişliyi tərəfindən “Təhlükəsiz iş həftəsi”, 2015-ci ilin yanvar-fevral aylarında “Təhlükəsiz iş ongünlüyü”, aprel ayında “Təhlükəsiz iş aylığı” tədbirlərinin keçirilməsi istehsalat qəzası riski yüksək olan müəssisələrdə əməyin mühafizəsi vəziyyətinin daha da yaxşılaşdırılmasına təkan verib, işəgötürənlərin və işçilərin müvafiq mövzu ilə bağlı məlumatlandırılması təmin edilib. Seminarlarda işçi heyətin əmək şəraitinin daha da yaxşılaşdırılması istiqamətində təklif və rəylər dinlənilib.

Son xəbərlər

Orphus sistemi