SOCAR-da qaynaqçıların attestasiyası keçirilir

SOCAR-da qaynaqçıların attestasiyası keçirilir Bu ilin ilk rübündə 345 nəfər qaynaqçının attestasiyası və peşə sınağı həyata keçirilib
Energetika
11 Aprel , 2017 12:42
SOCAR-da qaynaqçıların attestasiyası keçirilir
Socar.az

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi qaynaqçıların attestasiyasını keçirir.

“Report” SOCAR-a istinadən xəbər verir ki, attestasiya “Personal sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar” (TSEN ISO/IEC17024) standartının tələb və şərtlərinə uyğun quraraq “Qaynaqçı bacarıq sınağı” (TS EN ISO/9606-1) beynəlxalq standartına əsasən şirkətin bütün struktur bölmələrində, eləcə də digər müəssissə və təşkilatlardan daxil olan sifarişlərə əsasən 6 müxtəlif qaynaq metodu üzrə keçirilir.

Bu ilin ilk rübü ərzində 345 nəfər qaynaqçının attestasiyası və peşə sınağı həyata keçirilib. İllik plan-qrafikə uyğun olaraq Heydər Əliyev adına Neft Emalı Zavodu və “Azəriqaz” İB-nin qaynaqçılarından əlavə “Azneft” İB-nin 186 nəfər qaynaqçısının da növbədənkənar attestasıyası keçirilib və yekun protokollar tərtib edilibr. Qaynaqçıların sertifikatlaşdırma işləri davam etdirilir. Təlimin sonunda qaynaqçılara TTSİ tərəfindən “SOCAR” və ya beynəlxalq “TÜRKAK” loqolu sertifikatlar verilir.

Son xəbərlər

Orphus sistemi