SOCAR-da “Neft dağılmalarına qarşı hazırlıq və cavab tədbirləri” mövzusunda təlim keçirilib

SOCAR-da “Neft dağılmalarına qarşı hazırlıq və cavab tədbirləri” mövzusunda təlim keçirilib Təlimdə SOCAR-ın rəhbər işçiləri və mütəxəssisləri iştirak ediblər
Energetika
26 May , 2017 19:21
SOCAR-da “Neft dağılmalarına qarşı hazırlıq və cavab tədbirləri” mövzusunda təlim keçirilib

Bakı. 26 may. REPORT.AZ/ Mayın 24-26-da SOCAR-ın təşkilatçılığı ilə “Neft dağılmalarına qarşı hazırlıq və cavab tədbirləri” mövzusunda təlim kursu keçirilib.

Şirkətin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təlimdə SOCAR-ın rəhbər işçiləri və mütəxəssisləri iştirak ediblər. Təlim kursu dünyada neft dağılmalarına qarşı hazırlıq və cavab tədbirlərinin həyata keçirilməsində təcrübəyə malik olan Böyük Britaniyanın “Oil Spill Response Limited” (OSRL) şirkətinin ekspertləri tərəfindən keçirilib.

Kursda “OSRL” şirkətinin mütəxəssisləri tərəfindən neft dağılmalarına qarşı cavab tədbirləri strategiyaları, fövqəladə planlaşdırma, dənizdə neft dağılmalarının hərəkətinin modelləşdirilməsi, ekoloji və iqtisadi təsirlər, dağılmalar zamanı vəhşi təbiətin qorunması və sair mövzular üzrə təqdimatlar olub. Kursda Fövqəladə Hallar Nazirliyinin, “Ekol Mühəndis Xidmətləri” QSC-nin və “BP Azərbaycan” neft şirkətinin mütəxəssisləri iştirak ediblər.

Tədbirdə “OSRL” şirkətinin mütəxəssislər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi