SOCAR ilə Liviya Milli Neft Korporasiyası arasında müxtəlif istiqamətlər sahəsində əməkdaşlığın prioritetləri müzakirə olunub

SOCAR ilə Liviya Milli Neft Korporasiyası arasında müxtəlif istiqamətlər sahəsində əməkdaşlığın prioritetləri müzakirə olunub Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Liviya Milli Neft Korporasiyasının sədri Mustafa Sanallanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Energetika
19 Mart , 2019 13:01
SOCAR ilə Liviya Milli Neft Korporasiyası arasında müxtəlif istiqamətlər sahəsində əməkdaşlığın prioritetləri müzakirə olunub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Liviya Milli Neft Korporasiyasının sədri Mustafa Sanallanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, SOCAR-ın prezidenti R.Abdullayev Azərbaycanda həyata keçirilən neft strategiyası, SOCAR-ın fəaliyyəti, qlobal və regional əhəmiyyətli layihələri haqqında qonaqlara ətraflı məlumat verib.

Həmçinin qeyd edilib ki, bir zamanlar Liviyalı tələbələr Azərbaycanda neft ixtisasları üzrə təhsil alıblar, bu gün də həmin ənənə davam etdirilə bilər. SOCAR-ın Bakı Ali Neft Məktəbi bu sahədə bütün imkanlara malikdir.

Liviya Milli Neft Korporasiyasının sədri Mustafa Sanalla Azərbaycanın təcrübəsinin onlarda hər zaman maraq doğurduğunu vurğulayıb. Görüşdə neft sənayesinin müxtəlif istiqamətləri sahəsində əməkdaşlığın prioritetləri müzakirə olunub, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SOCAR haqqında hazırlanmış təqdimat qonaqlarda böyük maraq yaradıb.

Son xəbərlər

Orphus sistemi