Yuxarı

​SOCAR-da insan resurslarının idarə edilməsi ilə bağlı müşavirə keçirilib

Müşavirə kəşfiyyat və hasilat üzrə müvafiq struktur istehsalat bölmələrində kadr siyasətinin icrası ilə bağlı həyata keçirilən tədbirlərə həsr olunub

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan resursları Departamentində SOCAR-ın vitse-prezidentləri Xalik Məmmədov, Yaşar Lətifov, Bəhram Hüseynov və digər rəhbər işçilərin iştirakı ilə şirkətin kəşfiyyat və hasilat üzrə müvafiq struktur istehsalat bölmələrində kadr siyasətinin icrası ilə bağlı həyata keçirilən tədbirlərə həsr olunmuş müşavirə keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, tədbirdə İRD-nin rəisi Asif Bəkirli SOCAR-ın kadr siyasəti üzrə müəyyən edilmiş istiqamətləri, insan resursları funksiyaları, insan resursları üzrə həyata keçirilən proseslər və statistik məlumatlar, bu sahə üzrə davam edən və planlaşdırılan layihələrə dair təqdimat keçirib. 

Görüşdə SOCAR-da karyera inkişafı proqramı və imkanları, kommunikasiya sistemlərinin təkmilləşdirilməsi, idarələr arasında mütəxəssislərin rotasiya prosesinin yaradılması və tətbiqi, işçilərin əmək fəaliyyətinin qiymətləndirilməsi prosesi, hədəflərin qoyulması, fərdi inkişaf planı, təlim, inkişaf və tədris proqramlarının işlənməsi, insan resurslarının idarə edilməsi strategiyası və ümumi missiya, strategiya və uğurlara nail olma sistemi, İRD-nin mövcud imkanları və onun qiymətləndirilməsi, insan resurslarına dair tələblərin müəyyənləşdirilməsi və insan resurslarının effektiv idarə olunması ilə bağlı digər məsələlər müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi