​SOCAR-da insan resurslarının idarə edilməsi üzrə təlimlərə start verilib

​SOCAR-da insan resurslarının idarə edilməsi üzrə təlimlərə start verilib Təlimlər 8 gün davam edəcək
Energetika
8 İyun , 2016 17:44
​SOCAR-da insan resurslarının idarə edilməsi üzrə təlimlərə start verilib

Bakı. 8 iyun. REPORT.AZ/ Təlimlərin daxili resurslar hesabına ödənilməsi üzrə beynəlxalq praktika əsas götürülərək, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamenti tərəfindən daxili təlimlərin keçirilməsinə başlanılıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu məqsədlə Departamentin mütəxəssisləri Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili Mərkəzində “Azneft” İstehsalat Birliyinin müxtəlif müəssisələrində kadrlar şöbələrində fəaliyyət göstərən 14 əməkdaş üçün “İnsan resurslarının idarə edilməsi” mövzusunda təlimlərə başlayıblar.

İyunun 7-dən başlayan və 8 gün davam edəcək təlimlərdə “İnsan resurslarının idarə edilməsi” üzrə əsas modullar, insan resurslarının funksiyaları və onların qarşılıqlı əlaqəsi, karyeranın planlaşdırılması və effektiv idarə edilməsi, istedadların idarə edilməsi, işə qəbul ilə bağlı tənzimləyici (prosedur, qayda və s.) sənədlər, səriştəlik əsaslı öyrənmə və inkişaf, təlim effektivliyinin ölçülməsi metodları və digər mövzuların tədris olunması nəzərdə tutulub.

"Gələcəkdə bu layihə SOCAR-ın bütün məssisələri üçün prioritet hesab olunan digər sahələr üzrə də davam etdiriləcək", - deyə SOCAR-dan bildirilib.

Son xəbərlər

Orphus sistemi