SOCAR-da Fransanın "N+I" ali məktəblər şəbəkəsinin rəhbərliyi ilə görüş keçirilib

SOCAR-da Fransanın "N+I" ali məktəblər şəbəkəsinin rəhbərliyi ilə görüş keçirilib Görüşdə azərbaycanlı tələbələrin Fransada üzləşdikləri çətinliklərə də toxunulub
Energetika
28 Yanvar , 2015 17:15
SOCAR-da Fransanın N+I ali məktəblər şəbəkəsinin rəhbərliyi ilə görüş keçirilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan resursları Departamentində Fransanın "N+I" mühəndislik üzrə ali məktəblər şəbəkəsinin direktoru Jan Pyer Trotiqnon (Jean-Pierre Trotignon) və Fransa səfirliyinin nümayəndəsi Şarlot Payen (Charlotte Payen) ilə görüş keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Departament rəisi Asif Bəkirli qonaqlara SOCAR-ın Xarici Təqaüd Proqramı haqqında ətraflı məlumat verib, layihələrin iştirakçıları üçün yaradılmış imkanlardan, sosial paketlərdən, şirkətin və tələbələrin qarşılıqlı öhdəliklərindən danışıb, SOCAR-ın "Total" şirkəti ilə əməkdaşlıq çərçivəsində Fransada təhsil layihəsi üzərində ətraflı dayanaraq mövcud vəziyyəti dəyərləndirib. Görüşdə layihənin şərtləri və tələbələrin üzləşdikləri çətinliklərə də toxunulub.

J.P.Trotiqnon "N+I" mühəndislik üzrə ali məktəblər şəbəkəsinin ətrafında 60-dan çox təhsil ocağının birləşdiyini bildirib, şəbəkənin yaranma tarixi, məqsədi və fəaliyyəti barədə məlumat verib. O, əcnəbi tələbələrin ən çox üzləşdikləri çətinliklər - dil, mədəni mühitə alışma və digər problemlərdən danışıb. Qonaq Fransada təhsil üslubunun digər ölkələrdən fərqləndiyini, mühəndislik sahəsinin riyaziyyata əsaslandığını vurğulayıb. J.P.Trotiqnon bu problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürüb və yaxın zamanda SOCAR-la əməkdaşlığa başlayacaqlarına ümid etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi