SOCAR-da enerji səmərəliyinə dair seminar keçirilib

SOCAR-da enerji səmərəliyinə dair seminar keçirilib Seminara istehsalat birliklərin, emal müəssisələrin, qaz nəqli sahəsi, əməliyyat şirkətlərin və birgə müəssisələrin mütəxəssisləri qatılıblar
Energetika
2 Dekabr , 2016 17:49
SOCAR-da enerji səmərəliyinə dair seminar keçirilib

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində bu gün Ekologiya İdarəsinin təşkilatçılığı ilə “Texnoloji proseslərdə enerji səmərəliliyinin yüksəldilməsi üçün görülən tədbirlərin qiymətləndirilməsi” mövzusunda seminar keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, tədbirdə “SOCAR-ın iqlim dəyişmələrinə təsirin azaldılması Strategiyası”nın icrası ilə əlaqədar yerinə yetirilmiş işlər müzakirə edilib, dəyişikliklər qiymətləndirilib, müsbət dinamika qeyd olunub. SOCAR-ın qurumları tərəfindən yerinə yetirilmiş layihələr haqqında təqdimatlar dinlənilib, iştirakçılar öz təcrübələrindən danışıb, layihə ideyaları və həyata keçirilmə şərtləri haqqında məlumat veriblər. Seminarda uyğun layihələrin digər istehsalat obyektlərində tətbiqinin mümkünlüyü müzakirə edilib.

SOCAR-ın istehsalat birliklərinin, emal müəssisələrinin, qaz nəqli sahəsinin, həmçinin əməliyyat şirkətləri və birgə müəssisələrinin mütəxəssisləri seminarda iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi