SOCAR-da çalışan Vətən müharibəsi iştirakçılarının övladları üçün düşərgə təşkil olunub

SOCAR-da çalışan Vətən müharibəsi iştirakçılarının övladları üçün düşərgə təşkil olunub “Kinderland” ərazisində real həyat ilə əyləncə və təhsili özündə birləşdirən çoxsaylı maraqlı oyunlar oynayan düşərgə iştirakçıları SOCAR-ın fəaliyyət istiqamətlərini əhatə edən sahəyə böyük maraq göstəriblər
Energetika
20 iyun 2023 13:42
SOCAR-da çalışan Vətən müharibəsi iştirakçılarının övladları üçün düşərgə təşkil olunub

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) çalışan Vətən müharibəsi iştirakçılarının övladları üçün düşərgələr təşkil olunur.

Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın Tədbirlər Planına uyğun olaraq, şirkətdə çalışan Vətən müharibəsi iştirakçılarının övladları üçün düşərgələr təşkil olunur.

Növbəti düşərgə SOCAR-da çalışan Vətən müharibəsi iştirakçılarının 6-13 yaş arası övladları üçün iyunun 19-da “Kinderland” uşaq əyləncə mərkəzində keçirilib. Ümumilikdə 153 qazi övladının iştirak etdiyi düşərgədə iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olublar. Daha sonra “Neftçi” Peşəkar Futbol Klubunun futbolçuları İsmayıl Zülfüqarlı, Rəhman Hacıyev tərəfindən qazi övladları üçün master-klass keçirilib.

“Kinderland” ərazisində real həyat ilə əyləncə və təhsili özündə birləşdirən çoxsaylı maraqlı oyunlar oynayan düşərgə iştirakçıları SOCAR-ın fəaliyyət istiqamətlərini əhatə edən sahəyə böyük maraq göstəriblər.

SOCAR-ın və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə bu ilin aprel ayında keçirilən ilk düşərgədə SOCAR-da çalışan Vətən müharibəsi iştirakçılarının 14-16 yaş arası övladları "Formula 1" Azərbaycan Qran Prisini tribunadan izləyib, eyni zamanda, Qran Pri çərçivəsində təşkil olunan əyləncə məkanlarında olub, müxtəlif proqramlarda iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi