Yuxarı

SOCAR-da Böyük Britaniyanın sabiq energetika naziri ilə görüş keçirilib

Görüşdə ətraf mühitin mühafizəsi istiqamətində SOCAR-ın həyata keçirdiyi layihələr haqqında məlumat verilib

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Avrasiya Tərəfdaşlar Təşkilatının sədri, Böyük Britaniyanın sabiq energetika naziri və Britaniya baş nazirinin Azərbaycanda xarici ticarət elçisi Çarlz Hendrini qəbul edib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, görüşdə ətraf mühitin mühafizəsi və qlobal iqlim dəyişmələrinə təsirlərin azaldılması istiqamətində SOCAR-ın həyata keçirdiyi genişmiqyaslı layihələr haqqında məlumat verilib. SOCAR-ın neft-qaz sektorunda icra etdiyi regional və qlobal layihələrlə bərabər Azərbaycan hüdudlarından kənarda təmsilçilik fəaliyyəti müzakirə edilib, gələcək əməkdaşlıq haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi