SOCAR-da binaların enerji səmərəliliyi ilə bağlı təlim-seminar keçirilib

SOCAR-da binaların enerji səmərəliliyi ilə bağlı təlim-seminar keçirilib Tədbirdə “Azneft”, “Azəriqaz”, “Azərikimya” və s. qurumların mütəxəssisləri iştirak ediblər
Energetika
21 Aprel , 2017 11:32
SOCAR-da binaların enerji səmərəliliyi ilə bağlı təlim-seminar keçirilib
Socar.az

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsi tərəfindən “Binalarda enerji sərfiyyatı/istilik hasilatı: yeni binalarda enerjinin səmərəli tərtibatı, ictimai iaşə və yaşayış binalarında modifikasiya işləri” mövzusunda təlim-seminar keçirilib.

“Report” Şirkətə istinadən xəbər verir ki, təlim-seminar SOCAR və BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan Nümayəndəliyi arasında imzalanmış “Azərbaycanın yanacaq sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı” (NAMA) çərçivəsində baş tutub.

Seminarda iqlim, enerji və binaların enerji səmərəliliyi (əsas prinsiplər), inteqrasiya edilmiş bina dizaynı və enerji simulyasiyaları, dünyada yüksək effektivli bina nümunələri mövzusunda təqdimatlar olub. Təlim-seminarda “Azneft”, “Azəriqaz”, “Azərikimya” Istehsalat Birlikləri, emal müəssisələri, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun mütəxəssisləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi