SOCAR-da “Baker Hughes”un rəqamsal həll üzrə rəhbərləri ilə görüş keçirilib

SOCAR-da “Baker Hughes”un rəqamsal həll üzrə rəhbərləri ilə görüş keçirilib Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev neft və qaz sənayesində texnoloji xidmətlər sahəsində dünya liderlərindən olan “Baker Hughes” şirkətinin rəqəmsal həllər (Digital Solutions) üzrə prezidenti və içraçı direktoru
Energetika
20 Oktyabr , 2021 12:49
SOCAR-da “Baker Hughes”un rəqamsal həll üzrə rəhbərləri ilə görüş keçirilib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev neft və qaz sənayesində texnoloji xidmətlər sahəsində dünya liderlərindən olan “Baker Hughes” şirkətinin rəqəmsal həllər (Digital Solutions) üzrə prezidenti və içraçı direktoru Rami Qasemin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, görüşdə 2019-cu ildə tərəflər arasında keçirilmiş müzakirələrdə toxunulan məsələlər üzrə ötən müddətdə görülmüş işlərdən danışılıb, SOCAR-da rəqəmsal transformasiyanı dəstəkləmək məqsədilə Şirkətin 2035-ci ilə qədər Korporativ Strateqiyasına uyğun atılacaq növbəti addımlar haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin SOCAR-ın mövcud investisiyalarına əsaslanan icra strategiyasının əsas elementi kimi aktivlərin idarə olunması üzrə həllər sahəsində tərəfdaşlığın perspektivlərinə toxunulub, bildirilib ki, iki şirkət arasında rəqəmsal transformasiya, sıfır emissiya və karbon neytrallığı kimi aktual istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

“Baker Hughes”un nümayəndələri keçirdikləri qısa təqdimatda şirkətin yeni enerji erasına transformasiya üzrə müştərilərinə göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verib. Onlar qeyd edib ki, “Baker Hughes”un təklif etdiyi yüksək effektli texnologiyların tətbiqi enerji əməliyyatları zamanı tullantıların azaldılmasına, neft-qaz yataqlarında əməliyyatların daha təmiz, təhlükəsiz və səmərəli aparılmasına əlverişli imkanlar yaradır. Həmçinin Sənaye 4.0 və qlobal miqyaslı dekarbonizasiya erasında ehtiyac duyulan texnoloji həllərin kompleks şəkildə tətbiqi vasitəsi ilə karbon emissiyası sıfıra endirilir ki, bu da ətraf mühitin mühafizəsinə əhəmiyyətli töhfədir.

“Baker Hughes” Azərbaycanda 1990-cı ildə fəaliyyətə başlayıb. Şirkət SOCAR-la yanaşı, bp, “Total”, “Equinor” şirkətləri, eləcə də SOCAR-ın “Caspian Drilling Company” birgə müəssisəsi ilə əməkdaşlıq edir. Azərbaycanda bu şirkətin 4 məhsul növündən - neft xidmətləri, neft avadanlıqları, turbo maşın və proses həlli, rəqəmsal həllər məhsullarından istifadə olunur.

Hazırda neft və qaz sektorunda avadanlıq, xidmət və rəqəmsal həllər üzrə kompleks fəaliyyət göstərən Baker Hughes müştərilərinə karbohidrogenlərin daha səmərəli, məhsuldar və təhlükəsiz şəkildə, ətraf mühitə daha çox qayğı göstərməklə nəql olunmasında yardım edir.

Son xəbərlər

Orphus sistemi