SOCAR “Baker Hughes GE” şirkəti ilə əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

SOCAR “Baker Hughes GE” şirkəti ilə əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Baker Hughes GE” şirkətinin sədri və Baş icraçı direktoru Lorenzo Simonellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Energetika
4 İyul , 2019 11:09
SOCAR “Baker Hughes GE” şirkəti ilə əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Baker Hughes GE” şirkətinin sədri və Baş icraçı direktoru Lorenzo Simonellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR-dan “Report”a verilən məlumata görə, görüşdə dünya neft sənayesində baş verən cari dəyişikliklər və transformasiya prosesləri, eləcə də yeni və xüsusən rəqəmsal texnologiyaların neft sənayesində rolunun artması məsələləri müzakirə olunub. Şirkətlər arasında mövcud əməkdaşlığın dərinləşdirilməsi, SOCAR tərəfindən istismar edilən yataqlarda hasilatın artırılması, köhnə quyularda hasilatın bərpası, yeni layihələrdə sualtı texnologiyaların tətbiqi və s. ilə əlaqədar müasir rəqəmsal texnologiyaların istifadəsi üçün daha dayanıqlı əməkdaşlıq modeli ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə “Baker Hughes GE”nin SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığına toxunulub, Azərbaycanda yüksək səviyyəli kadrların hazırlanmasında bu əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

“Baker Hughes GE” Azərbaycanda 1990-cı ildə fəaliyyətə başlayıb. Şirkət SOCAR-la yanaşı, BP, TOTAL, “Equinor”, eləcə də SOCAR-ın “Caspian Drilling Company” şirkətləri ilə əməkdaşlıq edir. Azərbaycanda “Baker Hughes GE”nin 4 məhsulundan - Neft Xidmətləri (OFC), Neft Avadanlıqları (OFE), Turbo Maşın və Proses Həlli (DS), Ölçmə və Nəzarət (M&C) və Rəqəmli məhsullarından istifadə olunur.

Hazırda BHGE dünyada neft və qaz sektorunda avadanlıq, xidmət və rəqəmsal həlləri bir araya gətirən şirkət kimi fəaliyyət göstərir. Şirkət öz müştərilərinə karbohidrogenləri daha səmərəli, məhsuldar və təhlükəsiz şəkildə, ətraf mühit daha çox qayğı göstərməklə nəql etmək və təmizləmək sahəsində yardım edir.

Son xəbərlər

Orphus sistemi