Yuxarı

SOCAR dövlət büdcəsinə 1,8 mlrd. dollar ödəyib

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Şirkəti büdcəyə 1,413 mlrd. manat köçürüb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr ayları ərzində  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dövlət büdcəsinə ayırdığı vəsaitlər 1,413 mlrd. manat (1,8 mlrd. ABŞ dolları) təşkil edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinə ayrılan vəsaitlər 19,2% və ya 227,765 mln. manat artıb. Sentyabr ayında  ayrılan vəsaitlərin həcmi 146,116 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin sentyabr ayı ilə müqayisədə 8,1% və ya 10,938 mln. manat çoxdur. 

Bundan əlavə, 2014 cü ilin 9 ayında SOCAR həmçinin Dövlət Sosial Müdafiə Fonduna 107,547 mln. manat vəsait köçürüb. Qeyd edək ki, 2013 cü ilin yekun nəticələrinə görə, şirkətin DSMF-yə ayırdığı vəsaitlər 1,574 mlrd. manat (2,007 mlrd. dollar) təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi