Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin noyabr ayında Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 529 565 ton xam neft ixrac edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründən 51% çoxdur.
Ümumilikdə, bu ilin yanvar-noyabr ayları ərzində Ceyhan limanından 16 078 695 ton xam neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövründən 12% azdır.
Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədir.