Yuxarı
    Bağlamaq

    SOCAR Ceyhan limanından ötən ay 1,113 mln. ton neft ixrac edib

    Yanvar-aprel ayları ərzində Ceyhan limanından 5,742 mln. ton xam neft ixrac edilib

    Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin aprel ayında Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 112 953 ton xam neft ixrac edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, bu da ötən ilin aprel ayından 19% azdır.

    Ümümilikdə, yanvar-aprel ayları ərzində Ceyhan limanından 5 741 694 ton xam neft ixrac edilib ki, bu göstərici də ötən ilin müvafiq dövründən 3% azdır.

    Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

    Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədir.

    Qeyd edək ki, apreldə dünya bazarında "Brent" tipli xam neftinin orta qiyməti 41,48 dollar/barel, "Urals" - 40,48 dollar/barel, "BTC FOB Ceyhan" - 43,02 dollar/barel olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi