SOCAR Ceyhan limanından neft ixracını artırıb

SOCAR Ceyhan limanından neft ixracını artırıb SOCAR bu il Türkiyə üzərindən 12,8 mln. ton xam neft ixrac edib
Energetika
2 Oktyabr , 2017 18:13
SOCAR Ceyhan limanından neft ixracını artırıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 12 753 536 ton xam neft ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 1 352 984 tonu ötən ay ixrac olunub.

Bu ilin yanvar-sentyabr ayları ərzində SOCAR-ın Ceyhan limanından ixracı ötən ilin müvafiq dövrünü 3,5% üstələyib.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünəməxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazarlara çıxarılır. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Son xəbərlər

Orphus sistemi