SOCAR Ceyhan limanından neft ixracını 8% artırıb

SOCAR Ceyhan limanından neft ixracını 8% artırıb May ayında Dövlət Neft Şirkəti bu kəmərlə 1,4 mln. ton neft ixrac edib
Energetika
1 İyun , 2016 19:19
SOCAR Ceyhan limanından neft ixracını 8% artırıb

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin may ayında Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 454 760 ton xam neft ixrac edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin may ayından 7,5% çoxdur.

Ümümilikdə, yanvar-may ayları ərzində Ceyhan limanından 7 196 455 ton neft ixrac olunub ki, bu da ötən ilin müvafiq dövründən 1,1% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədir.

Son xəbərlər

Orphus sistemi