SOCAR Ceyhan limanından 15 mln. tondan çox neft ixrac edib

SOCAR Ceyhan limanından 15 mln. tondan çox neft ixrac edib Bakı. 5 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 15 338 183 ton xam neft ixrac edib.
Energetika
5 Dekabr , 2017 14:25
SOCAR Ceyhan limanından 15 mln. tondan çox neft ixrac edib

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 15 338 183 ton xam neft ixrac edib.

"Report”a SOCAR-dan verilən məlumata görə, bu həcmin 1 382 834 tonu noyabr ayında ixrac olunub.

Bu ilin yanvar-noyabr aylarında Ceyhan limanından ixracın həcmi illik müqayisədə 1% az olub.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazara çıxarılır. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Son xəbərlər

Orphus sistemi