Yuxarı

SOCAR "Bulla-Dəniz" yatağında yeni stasionar platformasının tikintisi ilə bağlı hesabat hazırlayıb

Hesabat Bulla-Dəniz yatağında yeni stasionar platformasının tikintisinin ətraf və sosial mühitə təsirini qiymətləndirir

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Bulla-Dəniz" yatağında 122 saylı yeni stasionar dəniz platformasının tikintisinin ətraf və sosial mühitə təsirinin qiymətləndirilməsi üzrə hesabat hazırlayıb.

Şirkətin məlumatında deyilir ki, bu sənədin hazırlnması platformanın tikinti prosesində yarana biləcək istənilən neqativ təsirlərin müəyyən edilməsi, onların minimallaşdırılması və aradan qaldırılması məqsədi daşıyır. Əvvəllər "Bulla-Dəniz" yatağında və platformanın gələcək tikinti akvatoriyasında ətraf mühitin ilkin vəziyyətinin qiymətləndirilməsi üçün ekoloji tədqiqat aparılıb. Tədqiqatların nəticələri hesabatda əks olunub. 

SOCAR-ın məlumatına görə, 122 saylı platforma 3 qaz-kondensat quyusunun qazılması üçün nəzərdə tutulub. Tikintinin baş podratçısı kimi şirkətin "Neftqaztikinti" Tresti, sifarişçi kimi isə N.Nərimanov adına NQÇİ çıxış edir.

Platforma 10 blokdan ibarət olacaq və dənizin 26 metr dərinliyində quraşdırılacaq. Platformadan sutkada 2,4 mln. kubmetr qaz və 450 ton kondensat hasil olunacağı planlaşdırılır. 

Qeyd edək ki,  "Bulla-Dəniz" yatağı 1973-cü ildə kəşf edilib və 1975-ci ildə istismara daxil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi