Yuxarı

SOCAR büdcəyə 1,15 mlrd. manat vəsait ödəyib

SOCAR büdcəyə 1,15 mlrd. manat vəsait ödəyib
Şirkətin DSMF-yə ödənişi 3% artırıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2016-cı ilin oktyabr ayında dövlət büdcəsinə 125,345 mln. manat vəsait ödənilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında büdcəyə 1 150 172 min manat vəsait ödənilib. 

Bundan əlavə, bu ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12,207 mln. manat vəsait köçürüb. Qeyd edək ki, bu göstərici ötən ilin oktyabr ayı ilə müqayisədə 1,9 mln. manat və ya 9% çox olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-oktyabr aylarında Şirkət tərəfindən DSMF-yə ödəniş 119,370 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,949 mln. manat və ya 3,4% çoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi