SOCAR büdcə ödənişlərini 14% artırıb

SOCAR büdcə ödənişlərini 14% artırıb Yanvar-sentyabr aylarında dövlət büdcəsinə 1,165 mlrd. manat vəsait ödənilib
Energetika
16 Oktyabr , 2017 11:34
SOCAR büdcə ödənişlərini 14% artırıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 1 165 678 min manat vəsait ödənilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin müvafiq dövrünə nisbətən 140,833 mln. manat və ya 13,7 faiz çoxdur.

Bu ilin 9 ayında şirkətin büdcəyə ödədiyi vəsaitin 117,330 mln. manatı sentyabr ayında həyata keçirilib.

Bundan əlavə, sentyabr ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12,600 mln. manat vəsait köçürülüb. Cari ilin yanvar-sentyabr aylarında isə SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 112,426 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5,263 mln. manat və ya 4,9 % çoxdur. 

Son xəbərlər

Orphus sistemi