Yuxarı

​SOCAR bu il təyyarə yanacağının ixracını artırıb

Dünya bazarında əksər neft məhsullarının qiyməti azalıb

Bakı. 2 may. REPORT.AZ/ Bu ilin aprelində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 62 518 ton dizel yanacağı, 14 898 ton təyyarə yanacağı, 57 ton soba mazutu, 8 073 ton yüksək təzyiqli polietilen, 1 881 ton mütləqləşdirilmiş izopropil spirti, 6 570 ton maye piroliz qətranı, 3 482 ton propilen və 2 377 ton butilen butadien fraksiyası ixrac edib. Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə dizel yanacağının ixracı 39,03%, təyyarə yanacağının ixracı isə 37,5% azalıb.

Ümumilikdə 2016-cı ilin yanvar-aprel ayları ərzində 281 931 ton dizel yanacağı, 89 620 ton təyyarə yanacağı, 176 ton soba mazutu, 32 841 ton yüksək təzyiqli polietilen, 5 086 ton mütləqləşdirilmiş izopropil spirti, 21 654 ton maye piroliz qətranı, 15 693 ton propilen və 3 719 ton butilen butadien fraksiyası ixrac olunub.

Ötən ilin ilk 4 ayı ilə müqayisədə dizel yanacağının ixracı 27,18% azalıb, soba mazutunun ixracı 1,12% azalıb, təyyarə yanacağının ixracı isə 2,25% artıb.

Qeyd edək ki, bu ilin aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 466,86 dollar, təyyarə yanacağı - 378,46 dollar, dizel yanacağı - 353,77 dollar, 1% kükürdlü mazut - 179,17 dollar, yüksək təzyiqli polietilen - 1 215,00 dollar, butilen butadien fraksiyası - 422,74 dollar, propilen - 620 avro, mütləqləşdirilmiş izopropil spirti - 693,75 avro təşkil edib. Müvafiq müqayisə apardıqda isə etilləşdirilmiş benzinin qiyməti (1 ton) 24,98%, təyyarə yanacağı 31,58%, dizel yanacağı 33,11%, 1% kükürdlü mazut 45,12% ucuzlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi