Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (
"Report" SOCAR-a istinadən xəbər verir ki, dizel yanacağının ixarcı ötən ilin sentyabr ayından 32%, təyyarə yanacağının ixracı isə 2% az olub.
Ümumilikdə, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 707 282 ton dizel yanacağı, 178 194 ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac edilib.
Dizel yanacağının ixracı ötən ilin müvafiq dövründən 0,79%, soba yanacağının ixracı 32% azalıb, təyyarə yanacağının ixracı isə 28% artıb.
Qeyd edək ki, bu ilin sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 502,77 dollar, təyyarə yanacağının 466,90 dollar, dizel yanacağının 449,25 dollar, 1% kükürdlü mazutun isə 220,76 dollar olub.