SOCAR bu il Novorossiysk limanından 160 min ton xam neft ixrac edib

SOCAR bu il Novorossiysk limanından 160 min ton xam neft ixrac edib Bu həcmin 79,8 min tonu fevral ayındakı ixracın payına düşüb
Energetika
1 Mart , 2017 17:43
SOCAR bu  il Novorossiysk limanından 160 min ton xam neft  ixrac edib

Bakı. 1 mart.REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Novorossiysk limanından (Qara dəniz, Rusiya) 159 777 ton xam neft ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 79 841 tonu fevral ayındakı ixracın payına düşüb.

Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Son xəbərlər

Orphus sistemi