SOCAR bu il neft ixracını 10% artırıb

SOCAR bu il neft ixracını 10% artırıb Fevralda isə ixrac edilən xam neftin ümumi həcmi 14% artıb
Energetika
3 Mart , 2015 09:35
SOCAR bu il neft ixracını 10% artırıb

Bakı. 3 mart. REPORT.AZ/ Bu ilin fevral ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Novorossiysk limanından (Qara dəniz, Rusiya) ixrac edilmək üçün 84 807,348 ton xam neft yüklənib ki, bu da ixracın ümumi həcminin 4,31%-nə bərabərdir. Novorossiysk limanından ixrac edilən xam neft ötən ilin eyni dövrü ilə müqayisədə 102,861 ton yaxud 0,12% azalıb.

SOCAR-dan "Report"a verilən məlumata görə, fevral ayı ərzində Supsa limanından (Qara dəniz, Gürcüstan) ixrac edilən xam neftin həcmi 2014-cü ilin fevralına nisbətən 4,98% yaxud 12 046,6 ton artaraq 254 107,046 tona bərabər olub ki, bu da ixrac edilən xam neftin 12,91%-i deməkdir.

Hesabat ayında Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) yüklənən xam neftin həcmində də artım müşahidə edilib. Belə ki, ötən ilin eyni dövrünə nisbətən bu limandan yüklənən xam neftin həcmi 16,41% və ya 229 773,487 ton artaraq 1 630 350,680 tona çatıb ki, bu da ixrac neftinin 82,79%-dir. 

Xatırladaq ki, 2015-ci ilin fevral ayı ərzində SOCAR tərəfindən hər 3 limandan ixrac edilən xam neftin ümumi həcmi 13,99% artaraq 1 969 337,505 tona bərabər olub.

Bu ilin yanvar-fevral ayları ərzində SOCAR tərəfindən Novorossiysk limanından ixrac edilmək üçün 254 314,990 ton xam neft yüklənib ki, bu da ümumi həcmin 6,22%-nə bərabərdir. Novorossiysk limanından ixrac edilən xam neftin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 84 668,646 ton yaxud 49,91% artıb.

Yanvar-fevral ayları ərzində Supsa limanından ixrac edilən xam neftin həcmi 2014-cü ilin iki ayına nisbətən 10,06% azalaraq 508 286,523 tona bərabər olub ki, bu da ixrac edilən ümumi xam neftin 12,43%-i deməkdir.

Hesabat dövründə Ceyhan limanından yüklənən xam neftin həcmində də artım müşahidə edilib. Belə ki, ötən ilin eyni dövrünə nisbətən bu limandan yüklənən xam neftin həcmi 11,21% artaraq 3 328 118,857 tona çatıb ki, bu da bu il ixrac edilən xam neftin 81,36%-nə bərabərdir. 

Xatırladaq ki, 2015-ci ilin yanvar-fevral ayları ərzində SOCAR tərəfindən hər 3 limandan ixrac edilən xam neftin həcmi 9,75% artaraq 4 090 720,37 tona bərabər olub.

Qeyd edək ki, 2015-ci ilin fevral ayında Bakı-Novorossiysk boru kəməri vasitəsi ilə ümumilikdə 170 min ton xam neft nəql olunub və bunun 85 min ton miqdarında olan ikinci partiyasının Novorossiysk limanından mart ayının əvvəlində yüklənilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi