SOCAR bu il Ceyhan limanından 2,7 mln. ton xam neft ixrac edib

SOCAR bu il Ceyhan limanından 2,7 mln. ton xam neft ixrac edib Bunun həcmin 1,3 mln. tonu ötən ay ixrac olunub
Energetika
1 Mart , 2017 17:25
SOCAR bu il Ceyhan limanından 2,7 mln. ton xam neft ixrac edib

Bakı. 1 mart.REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 2 721,511 min ton xam neft ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bunun 1 323,071 min tonu ötən ay ixrac olunub. 

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir. Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Son xəbərlər

Orphus sistemi