SOCAR bu il 5,2 mlrd. kubmetr qaz hasil edib

SOCAR bu il 5,2 mlrd. kubmetr qaz hasil edib Ötən ay SOCAR-ın qaz hasilatı sentyabr ayından 4,5% çoxdur
Energetika
16 Noyabr , 2016 16:28
SOCAR bu il 5,2 mlrd. kubmetr qaz hasil edib

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 5 210,2 mln. kubmetr qaz hasil edib.

“Report”un SOCAR-ın statistikasına istinadən verdiyi xəbərə görə, bu ilin 10 ayında şirkət üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5% azdır.

Bu ilin 10 ayında SOCAR-ın hasil etdiyi qaz hasilatının 503,7 mln. kubmetri oktyabr ayının payına düşüb ki, bu da ötən ilin oktyabr ayından 15% azdır.

Ötən ay SOCAR-ın qaz hasilatı sentyabr ayından isə 4,5% çoxdur.

Son xəbərlər

Orphus sistemi