SOCAR bu il 452 min tondan çox dizel yanacağı ixrac edib

SOCAR bu il 452 min tondan çox dizel yanacağı ixrac edib Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin oktyabr ayında 51 129 ton dizel yanacağı, 9 527 ton təyyarə yanacağı ixrac edib.
Energetika
1 Noyabr , 2017 18:15
SOCAR bu il 452 min tondan çox dizel yanacağı ixrac edib

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin oktyabr ayında 51 129 ton dizel yanacağı, 9 527 ton təyyarə yanacağı ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, ötən ay İdarə tərəfindən 2 439 ton yüksək təzyiqli polietilen, 786 ton mütləqləşdirilmiş izopropil spirti, 3 321 ton maye piroliz qətranı və 2 134 ton propilen ixrac edilib.

Ümumilikdə, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində 452 288 ton dizel yanacağı, 43 110 ton təyyarə yanacağı, 236 ton soba mazutu, 58 704 ton yüksək təzyiqli polietilen, 9 894 ton mütləqləşdirilmiş izopropil spirti, 50 306 ton maye piroliz qətranı, 31 384 ton propilen və 21 616 ton butilen butadien fraksiyası ixrac edilib.

2017-ci ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 560,49 ABŞ dolları, təyyarə yanacağı - 543,08 dollar, dizel yanacağı - 505,58 dollar, 1%-li kükürdlü mazut - 330,91 dollar, yüksək təzyiqli polietilen - 1 235 dollar, butilen butadien fraksiyası - 652,86 dollar, maye piroliz qətranı - 560,49 dollar, propilen - 860 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti 1 282,50 avro təşkil edib.

Oktyabr ayında dünya bazarında “Brent” tipli xam neftin 1 bareli 57,36 dollara, “Urals” nefti 56,73 dollara, “BTC FOB Ceyhan” tipli xam neft isə 57,91 dollara satılıb.

Son xəbərlər

Orphus sistemi