Yuxarı
    Bağlamaq

    SOCAR bu il 364 min ton dizel yanacağı ixrac edib

    Avqust ayında 15 min ton dizel yanacağı ixrac edilib

    Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin avqust ayında 15 332 ton dizel yanacağı ixrac edib.

    “Report” SOCAR-a istinadən xəbər verir ki, ötən ay şirkət 118 ton soba mazutu, 2 073 ton yüksək təzyiqli polietilen, 1 811 ton mütləqləşdirilmiş izopropil spirti, 9 595 ton maye piroliz qətranı, 3 990 ton propilen və 4 639 ton butilen butadien fraksiyası ixrac edib.

    Ümumilikdə yanvar-avqust ayları ərzində 363 512 ton dizel yanacağı, 26 054 ton təyyarə yanacağı, 236 ton soba mazutu, 56 244 ton yüksək təzyiqli polietilen, 8 217 ton mütləqləşdirilmiş izopropil spirti, 46 873 ton maye piroliz qətranı, 28 653 ton propilen və 21 017 ton butilen butadien fraksiyası ixrac edilib.

    2017-ci ilin avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 548,55 ABŞ dolları, təyyarə yanacağının - 505,99 dollar, dizel yanacağının - 460,64 dollar, 1 faizli kükürdlü mazutun - 296,72 dollar, yüksək təzyiqli polietilenin -1 190 dollar, butilen butadien fraksiyasının - 557,73 dollar, maye piroliz qətranının-548,55 dollar, propilenin qiyməti-790 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1390 avro təşkil edib.

    Avqust ayında dünya bazarında "Brent" tipli xam neftin 1 bareli 51,64 dollara, "Urals" nefti 51 dollara, "BTC FOB Ceyhan" tipli xam neft isə 53,05 dollara satılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi