Yuxarı
    Bağlamaq

    SOCAR bu il 32 min metrdən çox qazma işi görüb

    Bu il 14 yeni quyu istismara təhvil verilib

    Bakı. 3 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 32 040 metr qazma işi həyata keçirilib.

    "Report" SOCAR-a istinadən xəbər verir ki, bu ilin 4 ayında həyata keçirilən qazma işlərinin 5 631 metri aprel ayında görülüb.

    Qeyd edək ki, il ərzində SOCAR üzrə həyata keçirilmiş qazma işləri istismara aid olub.

    Bundan əlavə, aprel ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 14 yeni quyu tikinti başa çatdırılaraq mədənçilərə təhvil verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi