Yuxarı

​SOCAR bu il 21 km qazma işi həyata keçirib

İlin əvvəlindən qazmadan alınmış 16 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib

Bakı. 2 aprel. REPORT.AZ/ Bu ilin mart ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla 6 595 metr qazma işi həyata keçirib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu sahədə görülmüş işlərin 6 208 metri istismara, 387 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-mart aylarında SOCAR üzrə 20 750 metr qazma işi görülüb ki, bunun da 19 763 metri istismara, 987 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınmış 16 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi