SOCAR “Boston Consulting Group” ilə rəqəmsallaşma sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

SOCAR “Boston Consulting Group” ilə rəqəmsallaşma sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Boston Consulting Group” şirkəti (BCG) ilə enerji keçidi, dekarbonizasiya və rəqəmsallaşma sahələrində mövcud və potensial əməkdaşlıq imkanlarını müzakirə edib.
Energetika
30 May , 2023 14:25
SOCAR “Boston Consulting Group” ilə rəqəmsallaşma sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Boston Consulting Group” şirkəti (BCG) ilə enerji keçidi, dekarbonizasiya və rəqəmsallaşma sahələrində mövcud və potensial əməkdaşlıq imkanlarını müzakirə edib.

"Report" xəbər verir ki, müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin BCG-nin idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri ilə keçirilən görüşdə aparılıb.

Görüşdə SOCAR ilə BCG şirkəti arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, BCG tərəfindən həyata keçirilən layihələr, o cümlədən rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər haqqında məlumat verilib.

Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli korporativ strategiyasından bəhs edilib, bu xüsusda müəssisələrdə rəqəmsal və innovativ texnologiyaların tətbiqinin prioritet istiqamətlər olaraq müəyyənləşdirildiyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi