SOCAR Bolqarıstanın yeraltı qaz anbarlarının genişləndirilməsinə dair təkliflər hazırlayır

SOCAR Bolqarıstanın yeraltı qaz anbarlarının genişləndirilməsinə dair təkliflər hazırlayır “SOCAR Balkan”ın rəhbəri Murad Heydərov məsələni təsdiqləyib
Energetika
5 Oktyabr , 2016 15:26
SOCAR Bolqarıstanın yeraltı qaz anbarlarının genişləndirilməsinə dair təkliflər hazırlayır

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanın yeraltı qaz anbarlarının (UGS) genişləndirilməsi layihəsində iştirakda maraqlıdır. “Report” xəbər verir ki, bu barədə Bolqarıstan Energetika Nazirliyindən bildirilib.

“Report”un “Natural Gas Europe” nəşrinə istinadən verdiyi xəbərə görə, ölkənin Çiren (Chiren) ərazisində yerləşən yeraltı qaz anbarının (UGS) həcmi 550 mln. kubmetrdir. Bolqar tərəfi bildirib ki, bu həcm iki dəfəyə qədər artırıla bilər.

“SOCAR Balkan”ın rəhbəri Murad Heydərov da məsələni təsdiqləyib: “Biz bu UGS-nin genişləndirilməsi işində iştirak etməkdə maraqlıyıq və tender elanını gözləyirik”.

Energetika Nazirliyi qeyd edir ki, SOCAR həmçinin IGB (İnterconnectors Greece-Bulgaria - IGB) layihəsində maraqlıdır və şirkət gündəlik 50 mln. kubmetr qazla təmin edə bilər.

Bolqarıstanın energetika nazirinin müavini Jeço Stankov (Zhecho Stankov) isə deyib ki, təmsil etdiyi ölkə “Şahdəniz 2”dən 1 mlrd. kubmetr qaz almağı planlaşdırır və bununla bağlı danışıqlar gedir: “Bu məsələnin müzakirəsi ilə bağlı razılıq əldə etdik və Bolqarıstan Energetika Nazirliyi ilə SOCAR-ın yaratdığı ortaq neft-qaz işçi qrupu bu məsələnin detallarını müzakirə edəcək”.

Son xəbərlər

Orphus sistemi