SOCAR BMT-nin İnkişaf Proqramı ilə niyyət protokolu imzalayıb - ƏLAVƏ OLUNUB

SOCAR BMT-nin İnkişaf Proqramı ilə niyyət protokolu imzalayıb - ƏLAVƏ OLUNUB Sənəd ətraf mühitin qorunması ilə bağlıdır
Energetika
6 Mart , 2018 10:44
SOCAR BMT-nin İnkişaf Proqramı ilə niyyət protokolu imzalayıb - ƏLAVƏ OLUNUB
Socar.az

İlk xəbər saat 10:34-də verilib

Bakı. 6 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BMT-nin İnkişaf Proqramı (UNDP) arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığı davam etdirmək məqsədi ilə niyyət protokolu imzalanıb.

"Report" xəbər verir ki, sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai imzalayıblar.

Protokol iqlim dəyişikliləri, enerji səmərəliliyi, atmosferə atılan karbon qazının miqdarının azaldılması və ümumi ətraf mühitin qorunması istiqamətlərində iki qurum arasında əməkdaşlıq imkanlarını genişləndirəcək.

Xatırladaq ki, UNDP və SOCAR 2015-ci ildən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları (NAMA)” birgə layihəsi həyata keçirir. Gələcək əməkdaşlığa dair niyyət protokolunun imzalanmasından sonra "SOCAR Tower"də NAMA layihəsi çərçivəsində görülmüş tədbirlərə həsr olunan elmi-texniki konfrans keçirilib.

Tədbirdə çıxış edən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib ki, SOCAR-ın UNDP ilə birgə həyata keçirdiyi NAMA layihəsi ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir. Onun sözlərinə görə, layihə çərçivəsində artıq 6 külək turbini və 63 kVt gücündə günəş panelləri quraşdırılıb, il ərzində 1 000-ə yaxın işçiyə eko-sürücülük təlimləri keçirilməsi planlaşdırılıb. 

R.Hüseynzadə qeyd edib ki, “Siyəzənneft” NQÇİ-nin "Zağlı-Zeyvə" yatağı ərazisində 63 quyuda səmt qazının yığılıb emal edilərək əhaliyə verilməsi istiqamətində işlərə başlanılıb: "Layihə çərçivəsində il ərzində 6.8 mln.kubmetr səmt qazının yığılması nəzərdə tutulur".

BMT-nin Rezident Əlaqələndiricisinin müavini Alessandro Frakasetti isə deyib ki, iqlim dəyişikliklərinə qarşı tədbirlər, enerji səmərəliliyi və dayanıqlı inkişafın təmin edilməsi bu gün nəinki Azərbaycan, həm də bütün dünya üçün əhəmiyyət kəsb edən məsələlərdir. "Bu baxımdan SOCAR-ın ekoloji layihələri, o cümlədən 2010-cu ildən qüvvədə olan İqlim Dəyişmələrinə Təsirlərin Azaldılması Strategiyası böyükqlobal missiyanın tərkib hissəsidir". 

SOCAR NAMA layihəsini Qlobal Ekoloji Fond (GEF) və UNDP ilə birgə olaraq, 3 istiqamət üzrə həyata keçirir: binalarda enerji səmərəliyinin artırılması, nəqliyyatda alternativ yanacağa keçid və neft quyularında səmt qazının yığılması. Layihə 2020-ci ildə yekunlaşacaq.

2013-cü ildən başlayaraq, SOCAR hər il özünün birgə müəssisələrində və digər əməliyyatçı şirkətlərdə atmosferə atılan çirkləndirici qazların ümumi miqdarının hesablanmasını həyata keçirir. Beynəlxalq təşkilatlarla müştərək keçirilən proqramlardan əlavə olaraq, SOCAR Azərbaycanda ətraf mühitin qorunması istiqamətində hər il birbaşa öz imkanları ilə çirklənmiş torpaqların təmizlənməsi və yaşıllaşdırılması, tullantıların idarə olunması, ekosistemin bərpası və s. kimi zəruri tədbirləri həyata keçirir.

Son xəbərlər

Orphus sistemi