Yuxarı

SOCAR: Əlverişli təklif olunsa, Belarusda YDM şəbəkələrinə investisiya nəzərdən keçirilə bilər

​SOCAR: “Bizə əlverişli şərtlər təklif olunsa, YDM şəbəkələrinə invest

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bütün ölkələrdə mövcud  investisiya imkanlarını nəzərdən keçirir və mütəmadi şəkildə dəyərləndirir.

Bunu “Report”a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov şirkətin Belarusda “SOCAR” brendi ilə yanacaqdoldurma məntəqələri açmaq niyyətində olması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, hazırda neft və qazın emalı sahəsindəki layihələr şirkət üçün daha rentabelli görünür: “Yanacaqdoldurma məntəqələrinə yatırımlar aktual olaraq investisiya strategiyamızın prioritetləri sırasında deyil. Lakin bu istiqamətdə bizə əlverişli şərtlər təklif olunsa, YDM şəbəkələrinə investisiya məsələsi də nəzərdən keçirilə bilər”.

İ.Əhmədov bildirib ki, ümumilikdə, SOCAR, bir qayda olaraq, öz mövcud fəaliyyətləri ilə sinerji yaradan və ya gələcəkdə müxtəlif əməliyyat sahələrinin inteqrasiyasını mümkün edən investisiya layihələrinə üstünlük verir.

Xatırladaq ki, bu günlərdə Belarusun bir sıra nəşri SOCAR-ın Belarusda YDM şəbəkəsi açmaq planlarının olması ilə bağlı məlumat yaymışdı. Hazırda SOCAR-ın yanacaqdoldurma məntəqələri Azərbaycan, Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi