SOCAR Belarusa daha 93-94 min ton Azərbaycan nefti göndərəcək

SOCAR Belarusa daha 93-94 min ton Azərbaycan nefti göndərəcək SOCAR Belarusa daha 93-94 min ton Azərbaycan nefti göndərəcək
Energetika
26 Avqust , 2020 09:15
SOCAR Belarusa daha 93-94 min ton Azərbaycan nefti göndərəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) avqustun 26-27-də Belarusa daha 94 min ton Azərbaycan nefti tədarük etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib

Onun sözlərinə görə, Belarus tərəfi bir neçə həftə əvvəl Azərbaycan neftinin alışı ilə bağlı SOCAR-a müraciət edib və razılıq əldə olunub.

İ. Əhmədov bildirib ki, sazişə əsasən, 93-94 min ton həcmində xam neft ilə bir tankerin 26-27 avqust tarixlərində Ceyhan limanından çıxması planlaşdırılır.

Xatırladaq ki, avqustun 2-də SOCAR tərəfindən Belarus üçün 85 min ton həcmində Azərbaycan nefti yüklənmiş tankerin avqustun 4-5-də Ukraynanın Odessa limanına çatıb. Bu tanker avqustun 2-də Supsa limanından (Qara dəniz, Gürcüstan) yola düşüb.

Qeyd edək ki, 2020-ci ildə SOCAR Belarusun “Belneftexim” konserni üçün 1 mln. tona qədər neft nəql etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi