SOCAR Bakı-Novorossiysk kəməri ilə neft ixracını 15% artırıb

SOCAR Bakı-Novorossiysk kəməri ilə neft ixracını 15% artırıb Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ildə Bakı-Novorossiysk kəməri ilə (Novorrosiysk limanı, Qara dəniz, Rusiya) 1 498,1 min ton neft ixrac edib.
Energetika
30 Yanvar , 2018 14:43
SOCAR Bakı-Novorossiysk kəməri ilə neft ixracını 15% artırıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR2017-ci ildə Bakı-Novorossiysk kəməri ilə (Novorrosiysk limanı, Qara dəniz, Rusiya) 1 498,1 min ton neft ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin Yanacaq-energetika kompleksində 2017-ci il üzrə fəaliyyətə dair hesabatında qeyd olunub.

Ötən il SOCAR-ın Bakı-Novorossiysk kəməri ilə neft ixracının həcmi 2016-cı ilə nisbətən 15% çoxdur.

Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Son xəbərlər

Orphus sistemi