Yuxarı

SOCAR Bakı-Ceyhan kəməri ilə neft ixracını artırıb

SOCAR bu ilin yanvar-oktyabr aylarında BTC ilə 17,3 mln. ton mənfəət nefti ixrac edib

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 17,276 mln. ton mənfəət nefti ixrac edib. 

SOCAR-dan "Report"a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu kəmərlə neft ixracı 5% artıb. 

Oktyabr ayında BTC ilə 1,641 mln. ton mənfəət nefti ixrac olunub. 

Qeyd edək ki, BTC boru kəmərinin uzunluğu 1 768 km təşkil edir, bunun 443 km-i Azərbaycan, 248 km-i Gürcüstan, 1 076 km-i Türkiyə ərazisinə düşür. BTC boru kəməri layihəsində BP (30,1%), SOCAR (25%), "Chevron" (8,9%), "Statoil" (8,71%), TPAO (6,53%), ENI (5%), "Total" (5%), "Itochu" (3,4%), "ConocoPhilliрs" (2,5%), "Inрex" (2,5%) və ONGC (2,36%) şirkətləri iştirak edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi